Huawei Mate 60 smartfonlarındakı Kirin 9000s prosessoru hansı şirkət tərəfindən istehsal edilir?

    Huawei şirkətinin keçən həftə təqdim etmiş olduğu Mate 60 və Mate 60 Pro smartfonlarında Kirin 9000s adlı prosessordan istifadə edilir. İndi isə sözügedən prosessorun hansı şirkət tərəfindən istehsal olunduğu məlum olub. Beləliklə verilmiş məlumata əsasən Kirin 9000s prosessoru Çinin SMIC adlı şirkəti tərəfindən istehsal edilir. Sözügedən şirkət Kirin 9000s-i 7 nanometrlik texnoloji proses əsasında hazırlayır. […]

Apple aşağı qiymətə satılacaq yeni MacBook-ları hazırlamağı planlaşdırır

    İnternetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti aşağı qiymət seqmentinfə satılacaq yeni MacBook seriyasını satışa çıxartmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkətin aşağı qiymətə satılacaq MacBook seriyası ChromeOS əməliyyat sistemi vasitəsilə çalışan Chromebook-larla rəqabət aparacaq. Çox güman ki, aşağı qiymətə sahib yeni MacBook seriyası əsasən təhsil sahəsi üçün nəzərdə tutulacaq. Məlumata əsasən Apple bu cür […]

LG şirkəti Meta-ya növbəti nəsil Quest Pro VR cihazını hazırlamaqda yardımçı olacaq

Meta şirkəti LG ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən LG şirkəti Meta-ya növbəti nəsil Quest Pro VR cihazının hazırlanmasında yardımçı olacaq. Məlumata əsasən növbəti nəsil Quest Pro VR cihazı LG istehsalı olan ekranlar və LG-nin strukturuna daxil olan digər şirkətlərin komponentləri ilə təchiz olunacaq. Söhbət, əsasən LG Energy batareyasından və LG Innotek şirkətinin komponentlərindən gedir. […]

Çin özünün yarımkeçirici sahəsinin inkişafı üçün 41 milyard dollar vəsait ayıracaq

ABŞ hökumətinin Çinin yarımkeçirici sahəsinin inkişafını ləngitməsi cəhdləri Çinin öz regionunda bu sahənin inkişafı üçün yeni investisiyalar barəsində düşünməyə məcbur edib. Belə ki, Çin hökuməti öz yarımkeçirici sahəsinin dəstəklənməsi üçün nəzərdə tutulmuş dövlət investisiya fondunu yaratmaq niyyətindədir. Çindəki yarımkeçirici sahəsinin inkişafı üçün dövlət 41 milyard dollar vəsait ayıracaq. Vəsaitin bir hissəsi çiplərin istehsalı üçün nəzərdə […]

Şahruddin Türkiyə Superliqası klubuna keçir

Azərbaycan milli komandası və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə Superliqasında davam etdirəcək. “Pressinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 29 yaşlı qolkiperin Superliqa təmsilçisi “Adana Dəmirspor” klubu ilə 2+1 illik müqavilə bağladığı qeyd olunub. Bildirilib ki, Türkiyə klubu keçid üçün “atlılar”a təzminat ödəməyəcək. Şahruddin Türkiyədə yerli futbolçu statusu ilə çıxış edəcək.

Argentinalı hücumçu “Neftçi”də

“Neftçi”nin bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb. “Pressinfo” xəbər verir ki, bu, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşıb. Argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb. 30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq. Qeyd edək ki, sonuncu klubu “Atletiko […]

Ronaldo DÇ-2026-da çıxış edəcək?

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. “Pressinfo” xəbər verir ki, bu haqda Cabine Desportiva yazıb. “Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bəzi şeylər baş verdi ki, mənə bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm”, – Ronaldo […]

“Qızıl top”a namizədlərin yeni siyahısı açıqlandı

2023-cü ildə “qızıl top”u qazanmağa favoritlərin yenilənmiş siyahısı təqdim edilib. “Pressinfo” xəbər verir ki, mükafata əsas namizəd PSJ-nin keçmiş hücumçusu, “İnter Mayami”nin forvardı və hazırkı dünya çempionu Lionel Messi olaraq qalır. İkinci yerdə “Mançester Siti”nin futbolçusu Erlinq Haland qərarlaşıb. İlk üçlüyü PSJ-nin forvardı Kilian Mbappe tamamlayır. Hazırkı siyahı aşağıdakı kimidir: Lionel Messi (PSJ/İnter Mayami)Erlinq Haland […]

Ronaldo 20 il sonra kənarda qaldı

Xəbər verdiyimiz kimi, ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının namizədləri açıqlanıb. “Pressinfo” xəbər verir ki, onlar arasında “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo yer almayıb. 38 yaşlı hücumçu 2003-cü ildən sonra ilk dəfə namizədlər sırasında olmayıb. Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Mükafatın son qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən […]

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə “Pressinfo”ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.