Mətinliyilə örnək olan Şəhid Anası
Şəhid Anasının çağırışı: “Gəlin, ömrümüzün qalan hissəsini elə yaşayaq ki, axirətdə şəhid övladlarımızın ruhu qarşısında utanmayaq!”
“Mübariz Qadın” jurnalının kollektivi kimi,
qarşımıza qoyduğumuz məqsədlərdən biri də
budur ki vaxtaşırı şəhid ailələrini ziyarət edək,
qayğılarına şərik olaq, problemlərinə işıq salaq.
Artıq bir neçə belə zityarətlərimiz haqqında
təəssüratlarımızı jurnalımızın əvvəlki saylarında
bölüşmüşük və hazırladığımız oçerklər, müsahi –
bələr oxucularımız tərəfindən böyük maraqla
qarşılanıb. Bu da gözlənilən idi. Çünki Şəhidlik
mövzusu xalqımızın həssaslıqla yanaşdığı məsələlər
sırasında ilk yerdədir.
Bu dəfə jurnalımızın yaradıcı kollektivi ilə Quba
rayonunun Mirzəmməd kəndində Vətən mühari –
bəsi Şəhidi Abduləlimov Miqdad Faiq oğlunun
böyüyüb boya-başa çatdığı ata ocağının qonağı
olduq. Şəhidin anası Tünzalə Abduləlimova bizi
böyük səmimiyyətlə qarşıladı. Bütün aurası ilə
mentalitetimizdə mətin, qeyrətli, ailəcanlı, kübar,
Azərbaycan qadını keyfiyyətlərini özündə birləş –
dirən Tünzalə xanım qonaqpərvərliyi, evdarlıq
məharəti ilə də bizi heyran etdi.
Arayış:
Şəhid Miqdad Abduləlimov 23 mart 2002-ci ildə
Quba rayonunda dünyaya göz açmışdır. Orta
məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki Dövlət
İqtisad Kollecinə qəbul olunmuşdur. 4 aprel 2020-
ci ildə ona hərbi xidmətə çagiriş gəlmiş və təhsilini
donduraraq 4 may 2020-ci ildə hərbi xidmətə yola
düşmüşdür.
Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-
də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistanın işğalı altında olan ərazilərin azad
edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən müharibə –
sində mətinliklə iştirak etmiş, Tərtər rayonunun
azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində
gedən döyüşlərdə döyüş tapşırığının yerinə
yetirilməsi zamanı şəhid olmuşdur.
O, Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi uğrunda gedən döyüş əməliyyatlarına
qatıldığına və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə
yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına
əsasən ölümündən sonra “Vətən uğrunda” medalı
ilə, Laçın rayonunun işğaldan azad edilməsi
uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq
şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-
ci il tarixli Sərəncamına əsasən ölümündən sonra
“Laçının azad olunmasına görə” medalı ilə,
Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi
uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igid-
lik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan
Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli
Sərəncamına əsasən ölümündən sonra




“Suqovuşanın azad olunmasına görə” medalı ilə
təltif edilmisdir. Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıq –
ların icrası zamanı vəzifə borcunu şərəflə yerinə ye-
tirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin
Sərəncamına əsasən Miqdad Abduləlimov ölü –
mün dən sonra III dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif edilmişdir.
Tünzalə xanımla söhbətimizə Miqdadın uşaqlığı,
gəncliyi və şəhadəti barədə detallı məlumatları
öyrənməklə başladıq. Hətta nadir adlardan olan
adının necə qoyulduğu ilə də maraqlandıq.
Sualımızı belə cavablandırdı:
– Miqdadın adını dayısı qoyub. Müsəlman
tarixində dərin izi olan Miqdad adlı şəxsiyyət ulu
peyğəmbərimiz hz. Məhəmmədin səhabəsi, imam
hz. Əlinin sərkərdəsi olub. Taleyi göstərdi ki, bizim
Miqdad adının şərəfini ləyaqətlə daşıdı, Vətən
uğrunda Şəhid oldu. Başqa bir əlamət isə onun
doğulduğu tarixin həmin il Tasua gecəsinə təsadüf
etməsi idi… Miqdad çox sakit uşaq idi. Amma hiss
olunurdu ki, içində bir cəsurluq var. Böyüdükcə bu
xüsusiyyəti daha da qabarıq şəkildə özünü göstər –
məyə başladı. İştirak etdiyi söhbətlərdə onun sözü
yekun olurdu, müzakirə olunan məsə ləyə həmişə
o nöqtə qoyurdu…
2020-ci ildə kollec təhsilini yarımçıq qoyub apre-
lin 4-də hərbi xidmətə getdi. Həmin il koronavirusla
bağlı məhdudiyyətlər vardı deyə, hərbi andiçmə –
dən sonra yalnız bircə dəfə, sentyabrın 14-də
Tərtərdə xidmət etdiyi “N” saylı hərbi hissəyə
yanına gedə bildik. Elə o son görüşümüzdəcə hiss
etdim ki, Miqdad xeyli dəyişib, artıq əvvəlki uşaq
deyil, böyüyüb. Yadımdadır, həmin görüşdə onunla
xidmət yerinin dəyişdirilməsi ehtimalının olub-
olmamasından danışdıq. Dedi ki, ön cəbhədən
yerinin dəyişdirilməsini istəmir, arzusu Şəhid Milli
Qəhrəman Mübariz İbrahimovun postuna
getməkdir. Dedim ki, sən əsgər gedəndən sonra
evimizin divarından üçrəngli milli bayrağımızı
asmışam. Eşitcək sevindi, dediyi sözlər bizi çox
mütəəssir etdi: “Mamamgil hazırdı, demək mən
şəhid ola bilərəm”
.
Sonra, tam otuz üç gün ondan xəbərimiz
olmadı. O ərəfələrdə şəhid şəhid dalınca gəlirdi.
Xəstəxanalar yaralılarla dolu olurdu. Döyüşlərdə nə
qədər itkin düşən, öldüsü-qaldısı bilinməyən
əsgərlər vardı. Həmin narahat günlərimizdə də
mən və həyat yoldaşım övladları şəhid olan və
yaralanan ailələri ziyarət edir, mənəvi dəstək
olmağa çalışırdıq. Baxmayaraq ki, öz övladımızın da
öldüsü-qaldısı məlum deyildi və tam çasqınlıq
içərisində idik…
Eyni zamanda, övladımızın da axtarışını davam
etdirirdik. Bununla əlaqəli bizi xəstəxanalara
naməlum şəhid cənazələrinin tanınmasına
çağırırdılar. Düzdü, biz hələ bilmirdik ki, ovladimiz
şəhid olub, amma mən bunu hiss edirdim.
Bir gün isə bizi Yevlax xəstəxanasına çağırdılar.
Xəstəxanada əsgərlərin nəşinə baxib çıxanda
qəribə bir qoxu hiss etdim. Sanki cənnət qoxusu
gəlib burnuma dəydi keçdi. Onda artıq mən başa
düşdüm ki, oğlum Şəhid olub. Miqdadın nəşi DNT
analizi ilə də tam tanınandan sonra torpağa
tapşırıldı…
Tünzalə xanım və həyat yoldaşı Faiq bəy
dərdlərinə mətinliklə sinə gəriblər, övladları Şəhid
olandan sonra da həmisə həmdərdlilərinin yanında
olublar, onlara təskinlik verməyə davam ediblər.
Söhbətin bu yerində Tünzalə xanıma digər bir
çox həmdərdliləri ilə müqayisədə çox dəyanətli
göründüyünü, bir Şəhid anası kimi dəsti-xəttinin
başqa olduğunu vurğuladım və bu dəyanəti
qoruyub saxlamağa necə nail olduğunu soruşmaq –
dan özümü saxlaya bilmədim.
Belə izahat verdi:
– Mənim oğlum ölməyib, o Şəhiddir. Bu ad
mənim daha məğrur, daha mətin olmağım üçün
bəs edir. Bundan əlavə, biz belə dərdləri əvvəl də
görmüşük. Bu bizim ilk Şəhidimiz deyildi. Nəslimiz –
də Birinci Qarabağ müharibəsindən Şəhid və qazi
olan var. Xalam oğlu Şəhid olub. Qardaşım Rövşən
Cəfərov Birinci Qarabağ savaşında döyüşüb, 1-ci
qrup Qarabağ əlilidir . Elə bu dəyanətin gücü və “bu
iş səndə yaxşı alınır” deyib mənə mənəvi dəstək,
ruh verən qardaşımın məsləhəti ilə 2021-ci ildə
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyini qeydiyyatdan keçirdim. Qeydiyyat məsələ –
lə rin də rəhmətlik millət vəkili Qənirə xanım
Paşayeva mənə dəstək verdi. İlk əvvəl Şəhid
oğluma görə verilən “qan pulunu” da cəmiyyətin
təşkilati işlərinə və xeyriyyəçiliyə sərf elədim. Bəzi
ehtiyaclı ailələrin evlərinə qaz, su çəkdirdim.
Bunları indi bir-bir sadalamaq istəmirəm. Həm
xatırlamaqda çətinlik çəkirəm, həm də elədiklərimi
deməkdən xoşum gəlmir. Bunlar qalsın Allahla öz
aramızda…
Həmsöhbətimdən rəhbərlik etdiyi ictimai bir-
liyin fəaliyyətindən danışmağı, hazırki şəraitdə
maliyyə məsələlərinin öhdəsindən necə gəldiyini,
yerlərdə üzvlərin sayını soruşdum. Bildirdi ki, əsas
maliyyə mənbəyi həyat yoldaşı Faiq bəyin, çox az
sayda olan digər xeyirxah insanların yardimları və
əlbəttə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Fondunun vəsaitləridir:
– İndiyədək bir neçə bəyənilən layihəmə qrant
ayrılıb. Builki ən ürəyimcə olan və hamı tərəfindən
alqışlanan layihə ərazisində müharibə gedən
Ukraynadan gəlmiş hər iki və ya bir valideynini
itirmiş uşaqlarla bağlı oldu. İstəyirik ki, layihələ –
rimiz, xeyriyyəçi tədbirlərimiz təkcə paytaxt Bakını,
Sumqayıtı deyil, ucqar rayonlarımızı da əhatə etsin.
Odur ki, bölgələrdə də cəmiyyətimizin filiallarını
yaratmışıq, fəal üzvlərimiz var. Amma cəmiyyətə
üzv qəbulu məsələsinə çox həssas yanaşırıq. Çalı –
şırıq ki, təsadüfi adamlar sıralarımıza daxil olmasın –
lar…
Tünzalə xanımdan Şəhidlərimizin irsinin təbliğatı
barədə nə düşündüyünü soruşdum. Dövlətin bu
sahədə gördüyü təbliğati işlərdən razı qaldığını
söylədi.
Amma həm də bu müstəvidə yalnız yoxlanılmış,
hər biçi mütəxəssislər tərəfindən təsdiqlənmiş
rəsmi mənbələrə istinadlı məlumatlara inanmağın
lazım və düzgün olduğunu dedi:
– Bilirsiniz, mən Birinci və İkinci Qarabağ
müharibələri iştirakçıları, şəhid və qaziləri arasında
ayrı-seçkiliyin tam əleyhinəyəm. İkinci Qarabağ
müharibəsində qalib gələn igid oğullar da elə Bir-
inci Qarabağ savaşında döyüşən, düşmənin
irəliləməsinin qarşısını alan igid ataların övladları
deyilmi? Bundan başqa, Vətən müharibəsi şəhid –
ləri, qaziləri haqda, onların döyüş yolları barədə
mediada, sosial şəbəkələrdə bəzən təhrif olunmuş,
ya da yanlış məlumatlar verilir. Bu informasiyalar
çox vaxt nəzərə çarpacaq dərəcədə şişirdilir. Hal-
buki, bu məsələdə mübaliğəyə ehtiyac yoxdur.
Çünki müharibə iştirakçısı düşməndən qorxma –
yıbsa, fərarilik etməyibsə, o, elə qəhrəmandır da…
Şəhid anası başqa bir ağrılı məsələyə də to –
xundu:
– Etiraf etməliyik ki, bəzi şəhid ailələri və
ailələrinin üzvləri dövlətin, xalqın onlara verdiyi
dəyərlə, imtiyaz və güzəştlərlə kifayətlənmir, bəzən
başqalarının maraqlarına xidmət edərək, daha
artıq maddiyyata yiyələnməyə çalışırlar. Cəmiy –
yətdə isə insanlar bu qəbildən olan şəxslərin
hərəkətlə rinə irad bildirməkdən çəkinirlər. Çünki
həm onların qəlblərinə toxunmaqdan, həm də
qınağa tuş gəlməkdən ehtiyat edirlər, onların
səhvlərinə, kaprizlərinə göz yummalı olurlar . Amma
mənim bir Şəhid anası kimi haqqım var irad
bildirməyə, özüm də onlarla eyni dərddəyəm axı.
Elə indi də üzümü onlara tutub deyirəm:
Biz şəhidlərimizin yerinə yetirdikləri missiyanı
hələ tam dərk etmirik, zaman keçdikcə anlayaca –
ğıq. Övladlarımız heç də yaxınlarını var-dövlətə,
naz-nemətə çatdırmaq üçün canlarından keçmə –
yiblər. Onlar Torpaqlarımızı azad etmək, indiyədək
verdiyimiz şəhidlərin qanını almaq, millətin
qeyrətini çəkərək Azərbaycan xalqını Qalib Xalqa
çevirmək üçün Şəhid və qazi oldular, bu məqsədlə –
rinə də çatdılar…
Tünzalə xanım ən sonda Şəhid analarına, Şəhid
ailə üzvlərinə bir çağırış etdi: “Gəlin, ömrümüzün
qalan hissəsini elə yaşayaq ki, axirətdə Şəhid –
lərimizin ruhları qarşısında xəcalət çəkməyək!”























































































































