#Dünya #Mədəniyyət

Mübariz xanımlarla yola davam!..

adının “Mübariz Qadın” olması məni cəzb etdi. Bundan əlavə, həmin jurnalda bir araya gələn kollektiv üzvləri ilə, baş redaktor Nüşabə xanımla görüşüb tanış olandan sonra onların şəxsində əsl mübariz həmcinslərimi, özümün ruh əkizlərimi, mənəvi bacılarımı tapdığımı hiss etdim. Çünki onlar təkcə yazıb-yaratmır, həm də cəmiyyətdə qadın hərəkatının fəal nümayəndələri kimi xeyirxahlıq missiyası həyata keçirir, həssas zümrə- lərə aid olan insanlara mənəvi və maddi kömək- liklər edir, həmçinin belə yardımlar etmək potensialı olan alicənab şəxsləri bu işlərə cəlb edirlər. Bunlar isə mənim həmişə alqışladığım nəcib işlər, getdiyim yoldur…

Bir müddət sonra isə jurnal rəhbərliyinin mənə məsul bir vəzifə təklif etməsini dəyərləndirməyə bilməzdim. Bu, mənə göstərilən etimadın təza- hürü idi deyə, təklifi məmnuniyyətlə qəbul etdim. Beləliklə, “Mübariz Qadın” jurnalının ictimaiy- yətlə əlaqələr şöbəsi mənə həvalə olundu. Elə bilirəm ki, öhdəsindən gələcəyimə inandığım bu iş mənə mənəvi zövq, jurnalın kollektivinə və oxucularına isə fayda verəcəkdir.

Ruh əkizlərim sandığım hər bir xeyirxah insanla tərəfdaş olmaq məni çox xoşbəxt edir.

Beləliklə… Mənəvi bacılarımla yola davam!

Butarixçə ilə bağlı hər şey illər öncə istedadlı yazıçı-publisist Zeynəb xanım Bəhmənli ilə tanış olmağımla başladı. O vaxt Zeynəb xanım Mir Mövsüm Ağa barədə kitab üzərində işləyirdi. Bizi bir-birimizlə Mir Mövsüm Ağanın kiçik qardaşı rəhmətlik Mir Kazım Ağanın qızı Qönçə xanım tanış etdi. Zeynəb xanımın məqsəd və məramı məndə ona qarşı rəğbət oyatdı. Onun özü və ziyalı rəfiqələri ilə yol yoldaşı olduqca, münasibətimiz tanışlıqdan əsl dostluğa çevrildi. Ondan sonra bizim çox birgə fəaliyyə- tlərimiz, jurnalistika sahəsində isə müəyyən xidmətlərim oldu. Publisistik yazılarıma görə isə zaman-zaman bir çox fəxri diplomlara, media mükafatlarına layiq görülmüşəm. Bir neçə kitabın redaktoru, məsləhətçisi olmuşam. Düzü, son vaxt- lar yazı-pozu işlərindən bir müddət uzaq qaldığım üçün nə zamansa hansısa jurnalist kollektivinə, redaksiya heyətinə hətta məşğulluğumu qismən təmin etmək şərti ilə belə qoşulacağımı düşün- mürdüm. Lakin Zeynəb xanımın çalışdığı jurnalın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir