#Gündəm

Qışın müjdəçisi deyil,Qələbənin rəmzi olan payızımız…

Hörmətli oxucular!

Beləliklə, “Mübariz Qadın” jurnalı sizlərlə növ- bəti görüşünə gəldi. Payızın əvvəlinə təsadüf edən bu görüşümüzün vaqe olduğu təqvim həm də düşmən üzərində Qələbə ilə bitən, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müha- ribəsinin beşinci ildönümünün qeyd olunması ilə əlamətdardır. Ona görə jurnalın bu sayında da məhz həmin şanlı Zəfəri qanları, canları bahasına qazanan Şəhidlərimizin doğmalarına önəmli yer ayırmışıq.

Şəhid ailəsi üzvlərinin – analarının, atalarının, bacı-qardaşlarının, həyat yoldaşlarının, övladlarının hamısına dərin ehtiram bəsləyirik. Ancaq fikir verəcəksəniz, bu sayımızın qəhrəmanları olan iki Şəhid Anası və bir Şəhid Qızı heç də həyatlarını göz yaşları içində keçirənlər, övladlarının, qardaşlarının cənnətməkan ruhuna qovuşmaq üçün öz ömürlə- rinin sonunu sakitcə gözləməklə kifayətlənənlər deyillər. Onlar, sözün əsl mənasında mübariz qadınlardır. Dərdlə mübarizə aparan və qürurları hesabına dərdə üstün gələnlərdir. Ömürlərinin qalan hissəsini elə yaşamağa qərar verənlərdir ki, axirətdə Şəhidlərinin ruhu qarşısında utanmasınlar. Onlar həmdərdlilərinə təsəlli verənlərdir, alnı açıq, başı uca yaşamağın qədrini-qiymətini bilənlərdir. Bəzisi ictimai fəal, cəmiyyətdə söz sahibidir. Bəzisi, hətta xeyriyyəçidir, əl tutandır, sağ əli ilə verdiyini sol əlindən gizlədəndir…

Yaradıcı kollektivimiz aryıb-axtardığımız mübariz qadınları həm oxuculara tanıtmaq, həm də onların özlərini bir-birinə tanıtmaq, bir araya gətirmək, bir- birini tamamlamasına nail olmaq missiyasını layiqlə yerinə yetirməkdədir. Güc birlikdədir, deyirlər. Axı, Mübariz Qadın deyəndə, yalnız taleyin qarşıya çıxardığı çətinliklərə sinə gərib qalib olmaq, əldə etdiklərini də yalnız özünün və ailəsinin rifahına sərf edənlər deyil, əməlləri ilə cəmiyyətə xeyir verənlər, örnək şəxsiyyətlər başa düşülür.

Yetişməkdə olan nəslin qız övladlarına bizim tərənnüm etdiyimiz qəhrəmanlarımızın heç də yar olmayan bəxtini, ağrılı-acılı taleyini arzulamırıq, onların gücünü, mətanətini əxz etməyi tövsiyə edirik…

Bir neçə söz də redaksiya heyətimiz haqqında… Bizi jurnalist kollektivində birləşdirən əsas dəyər

qələm sahibi olmağımız, yazıb-yaratmaq istəyimiz, yaradıcılıq şövqü olsa da, başqa bir əhəmiyyətli nüans fəaliyyətimizin kommersiya tərəfinə hədəf- lənməməyimizdir. “Mübariz Qadın” jurnalının əməkdaşları həyatın keşməkeşlərini görmüş, başqa müstəvilərdə, qeyri-hökumət təşkilatları, peşə, ix- tisas, biznes, elm və səhiyyə sahələrində özlərini təsdiqləmiş yetkin ziyalılardır. Fərqli cəhətləri cəmiyyət həyatında baş verənlərə həssaslıqları, müşahidə etdikləri nöqsan və çatışmamazlıqları aradan qaldırmaq yolunda dövlətin yükünü azalt- maq, problemlərin həllinə nail olmaq üçün cəmiy- yətdə daxili imkanlar axtarmaq, ədalətsizliklərin çözülməsinə hökumətin konstruktiv müdaxiləsini mümkün qədər tezləşdirmək üçün ağrılı məsələləri ictimailəşdirməkdir…

Beləliklə, əziz oxucular, ümid edirik ki, dərgimizin bu nəşrində də marağınızı çəkəcək məlumatlar tapacaq, münasibətinizi bizə bildirməklə, fəaliy- yətimizə stimul verəcəksiniz.

Məktublarınızı, eyni zamanda, təkliflərinizi göz- ləyirik…

Qışın müjdəçisi deyil,Qələbənin rəmzi olan payızımız…

“Evsiz-eşiksiz qalmışıq”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir